Albanıya İran səfirliyinin bütün işçilərini ölkədən qovub

7-09-2022, 15:54           
Albanıya İran səfirliyinin bütün işçilərini ölkədən qovub
Teref.az yazır ki,Albaniya höküməti İranın bu ölkə ərazisindəki təxribatçı fəaliyyətinə görə aparılan tədqiqatı yekunlaşdırıb.
İran səfirlik və konsulluq işçilərinin hamısı persona nonqrata elan edilib və 24 saat ərzində Albaniyanı tərk etmək tapşırılıb.
Albaniya hakimiyyətinin rəsmi versiyası budur ki, İran Albaniya hökumət orqanlarının kompüter sistemlərinə sistemli kiberhücumları təşkil edir.
Albaniya höküməti dünən xüsusi xidmət strukturları rəhbərlərinin iştirakı ilə bu tədqiqata həsr olunan qapalı dinləmə keçirib.
Dinləmədə İranın ölkə daxilindəki fəaliyyəti , sivil cəmiyyət, siyası qruplar və media şəbəkəsi ilə radikal idealoji ixracının dayandırılması üçün belə addımın atılması qərara alınıb.
Paralel ölkə daxilində bir neçə şəxs terror təbliğatı maddəsi ilə həbs olunub.
Yeganə Hacıyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru