Prezidentin vetosu ləğv edildi: vətəndaşlar GİZLİ dinləniləcək

7-09-2022, 19:13           
Prezidentin vetosu ləğv edildi:
“Gürcüstanın Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunla bağlı ölkə parlamentində prezidentin göstərişi səsverməyə çıxarılıb.

Publika.az xəbər verir ki, parlament ölkə prezidentinin dinləmələrlə bağlı qanun layihəsinə tətbiq etdiyi vetonu ləğv edib.

Səsvermə zamanı 27 deputat sözügedən qanun layihəsinin əleyhinə, 79-u isə leyhinə səs verib.

Bununla da, parlament tərəfindən qəbul edilən qanun layihəsi gizli istintaq tədbirlərinin aparılması zamanı şübhəli şəxslərin dinlənilməsini və prosesin vaxtının uzadılmasını mümkün edib.

Məlumat üçün bildirək ki, Gürcüstan prezidenti Salome Zurabişvili istintaq zamanı vətəndaşların gizli dinlənilməsi ilə bağlı qanunun qəbuluna veto qoyub.

Zurabişvilinin qiymətləndirməsinə görə, gizli dinləmələrlə bağlı qanunvericiliyə edilən dəyişikliklər ölkədə insan hüquqlarının müdafiəsi standartını daha da pisləşdirir.

Prezident bildirib ki, sözügedən qanunun qəbulu prosesində ictimaiyyətin geniş şəkildə iştirakı təmin edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru