“Mən hansı vətəni qoruyuram ki?...” - İşğalçı rus utandığını etiraf edib

8-09-2022, 08:17           
“Mən hansı vətəni qoruyuram ki?...” -
İşğalçı danışıb ki, xidmətdən azad olunmaq istəyir, amma bu, mümkün deyil. O, gözlənilmədən etiraf edib ki, evləri rusiyalı işğalçılar tərəfindən dağıdılan ukraynalıların gözlərinə baxmağa utanır.

Bu barədə «tutulmuş» telefon danışığında söhbət açılır («UNİAN»).

Qızla ünsiyət zamanı işğalçı danışıb ki, onun prioritetləri siyahısında əvvəlcə institut gəlib, sonra isə ordu. Ancaq hazırda o, institutdan çıxarılmaq təhlükəsi ilə üzləşib. O, xidmətdən azad olunmağa sevinərdi, amma hamı onu «dondurur». Onun sözlərinə görə, komandanlıq onun xidmətindən razı deyil.

«Arxa cəbhə üzrə müavin daxil olur, küt suallar verməyə başlayır. O, deyir: «Sən ki, bu poqonları geymisən». Mən deyirəm: «Məni azad edin. Məni Rusiyaya göndərin». Mən yalnız bunu gözləmişəm» - işğalçı deyir.

Onun sözlərinə görə, azad olunmaq indi çox çətindir. Heç kimi Rusiyaya buraxmırlar. Qız ona ürək-dirək verməyə çalışır, deyir ki, o, «vətəni qoruyur».

«Mən hansı vətəni qoruyuram ki? Burada nənəni görürəm - onun gözlərinə baxmağa utanıram. Onun normal evi olub. Biz gəldik - onu dağıtdıq» - o, deyir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru