ABŞ-dan qonşumuza sərt ETİRAZ

8-09-2022, 09:57           
ABŞ-dan qonşumuza sərt ETİRAZ
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi qonşu ölkə parlamentinin telefon dinləmələri ilə bağlı prezidentin qərarını ləğv etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, səfirlik dinləmələr barəsindəki qəbul olunan qanun layihəsinin Gürcüstanı Avropaya inteqrasiyadan uzaqlaşdırdığını və hökumətin öz vətəndaşlarına nəzarət imkanını daha da artırdığını bildirib.

Qeyd olunub ki, parlament tərəfindən hökumətin öz vətəndaşlarını izləmək imkanlarını artıran telefon dinləmələri haqqında qanunun qəbulu Avropa standartlarına uyğun gəlmir və Venesiya Komissiyasının, həmçinin ölkənin qərb tərəfdaşlarının tövsiyələrinə ziddir.

Xatırladaq ki, ölkə parlamentində prezident Salome Zurabişvilinin göstərişi səsverməyə çıxarılıb. Parlament ölkə prezidentinin telefon dinləmələri ilə bağlı qanun layihəsinə tətbiq etdiyi vetonu ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru