Amerika dəyərləri haradan gəlir?

8-09-2022, 18:14           
Amerika dəyərləri haradan gəlir?
Mark Tvenin 1876-cı ildə çapdan çıxan “Tom Soyyerin macəraları” romanı fundamental əsərdir. ABŞ ədəbiyyatının şah əsərlərindən biri kimi tanınır. Bu romana əsasən bir neçə dəfə film və cizgi filmləri çəkilib...
Missisipi çayının sahilində böyüyən Tom əsl ameriaklıdır. Mark Tven özü də fərqinə varmadan Tomun şəxsində ameriaklı düşüncəsinin parametrlərini və miqyasını sərgiləyir...
Yadınızdadırmı, Tomun xalası Polli yumruq davasından qayıdan bacısı oğlunu cəzalandırmaq fikrinə düşür. Tənbəl Tom şənbə günü uzun və hündür hasara ağ boya çəkməli olur. O, tapşırığı könülsüz yerinə yetirir. İşləyərkən onun ağlına gözəl bir ideya gəlir. Tom görür ki, onun dostu Ben Rocers əlində xeyli alma küçəyə çıxdı. Bir azdan Ben Rocers Toma yaxınlaşır və deyir ki, mən indi üzməyə gedəcəm, ancaq sən mənimlə gələ bilmərsən. Çünki işləməlisən. Tom Ben Rocersə özünü məşğul göstərir və dostuna heç cavab da vermir.
Az sonra isə Tom Ben Rocersə deyir ki, sən buna iş deyirsən? Mən üzməyə hər gün gedə bilərəm. Ancaq hasara boyaq çəkmək, bu, tamam fərqli bir işdir...
Arada Tom dayanır və geri çəkilirdi. Hasarın boyaq çəkdiyi yerlərinə diqqət edirdi və öz işindən məmnun qalan birisi kimi gülmsəyirdi...
Ben Rocersdə maraq yaranır. O, Tomdan xahiş edir ki, onaun da hasara boyaq çəkməsinə icazə versin. Tom özünü o yer qoymur. Fırçanı dostuna vermək “istəmir”. Ben Rocer yalvar-yaxara keçir. Axırda Ben Rocer öz almalarını Toma təklif edir. Tom öncə razılıq vermir. Sonda razılaşır...
Tom almaları alır və fırçanı dostuna verir. Dostu işləir, Tom isə oturub alma yeyir...
Sonra Tomun digər dostları da hasara yaxınlaşır. Onlar da hasara boyaq çəkmək üçün Toma yalvarmalı olurlar. Və hər biri əlində olanları Toma təklif edir. Billi Fişer Toma çərpələng verir, Conni Miller isə ölmüş siçovulu dostuna bağışlayır. İşini dostlarına gördürən Tom bunlardan başqa təkgöz pişik və köhnə bıçağa sahib olur...
Uzun və hündür hasarın ağ rəngə boyanmasından məmnun qalan Polli xala da Toma bir alma verir. Üstəlik, bacısı oğlunun dostları ilə oynamağa getməsinə də etiraz etmir...
ABŞ sanki Tom Soyyerin düşüncəsindən yaranıb. Bu ölkə öz problemlərini başqa ölkələrin hesabına uğurla həll edir. Məsələn, hazırda ABŞ Ukrayna üzərindən Rusiya ilə “proxy war” aparır. Yəni Ukraynanın şəhər və kəndləri xarabalığa çevirilir. Ukraynanılar qırılır. Ancaq ABŞ Rusiyanın nəfəsini kəsir...
Mənim baxışıma görə, ABŞ özü Rusiya ilə müharibə aparsaydı nəhəng itkilərlə üzləşərdi. Rusiya da indikindən daha güclü mövqedə olardı...
Hazırda Avropa Birliyi də ABŞ-ın yedəyində gedir. Əvvəl Avropa Birliyinin əsas ölkələri olan Almaniya və Fransa ilə ABŞ-ın ciddi problemləri vardı. İndi o problemlər əhəmiyyətli şəkildə yaddan çıxıb. Bütün Avropa ABŞ-ın rəhbərliyi altında Rusiyaya qarşı birləşib...
Deməli, ABŞ Avropa Birliyi və Ukraynanın əli ilə Rusiyanı çökdürür. Rusiya da hadisələrin bu ssenari ilə inkişafının qarşısını almaq üçün əsaslı bir iş görə bilmir...
Rusiya-Ukrayna müharibəsi dünənki söhbətdir. II Dünya Müharibəsindən sonra ABŞ dost ərəb ölkələri ilə əl-ələ verib ona nail oldu ki, bütün dünya neft alqı-satqısını ancaq və ancaq dollarla həyata keçirməli oldu. Elə o vaxtdan da bütün dünya ABŞ dollarının valyuta kimi dəyəli olmasına töhfə verir. Hətta ABŞ-a düşmən olan ölkələr də dollardan bərk yapışıb...
Mustafası, “Tom Soyyerin macəraları” romanı elə belə əsər deyil. Amerika düşüncə tərzinin mahiyyətinin bütün kodları bu əsərdə öz əksini tapıb...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru