Bakı 5 ermənini niyə buraxdı?

9-09-2022, 10:38           
Bakı 5 ermənini niyə buraxdı?
Azərbaycan 5 ermənini Ermənistana təhvil verdi: Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı;
İrəvan razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verəcəkmi, yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atacaqmı?!
Təcrübə müsbət cavab gözləntisini azaldır, hərçənd:
- Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü” və bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi;
- Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt Əliyev Mişelin bir addım önə çıxmasına şərait yaratdı və bununla ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını verdi: bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər;
Asif Nərimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru