ABŞ İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etdi

10-09-2022, 11:04           
ABŞ İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə və onun rəhbəri İsmayıl Xətibə qarşı sanksiyalar tətbiq edib.

Buna səbəb sözügedən qurumun Albaniyanın dövlət informasiya sistemlərinə kiberhücumda iştirakı olub.

ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, İsmayıl Xətibin rəhbərlik etdiyi İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi bir neçə kibercinayətkar qruplaşma şəbəkəsini idarə edir. Bu şəbəkələr “İranın siyasi məqsədlərini dəstəkləmək üçün” casusluq və qəsblə məşğuldur.

İran agentliyinin 2007-ci ildən “dünyada bir sıra dövlət və özəl təşkilatlara, eləcə də mühüm infrastrukturun müxtəlif sektorlarına qarşı cinayətkar kiber əməliyyatlar həyata keçirdiyi” iddia edilir.

Sanksiyalar qeyd edilən şəxslərin və onlarla əlaqəli fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasını, habelə hər hansı ticarət və ya maliyyə əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru