Rəqiblərsiz rəqabət: Rusiyada üç günlük "vahid səsvermə günü"nə start verilib...

10-09-2022, 09:58           
Rəqiblərsiz rəqabət:
"Bütün müstəqil namizədlər və potensial rəqiblər uğurla neytrallaşdırılıb..."

Ötən gün Rusiyanın 82 regionunda müxtəlif səviyyəli üç günlük seçkilərə start verilib.

Bu seçkilər sentyabrın 11-də "vahid səsvermə günü"ndə bitəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Meduza" portalı məlumat verib.

Üç gün ərzində rusiyalı seçicilər altı regionda regional parlamentlərin tərkibini müəyyən etməli, 12 regionda bələdiyyə və 14 regionda qubernatorları seçməlidir.

Ötən il parlament seçkilərinin nəticələrinə görə tənqid edilən elektron səsvermə coğrafiyasını genişləndirib və hazırda Moskvada, Kalininqrad, Kaluqa, Kursk, Novqorod, Pskov, Tomsk, Yaroslavl vilayətlərində təşkil edilib.

Seçkilərin müşahidə edilməsi üzrə Moskva qərargahı məlumat verib ki, onlayn səsvermə sistemi 350 haker hücumunu uğurla dəf edib.

"Meduza"nın yazdığı kimi, bu seçkilərdə heç bir rəqabət yoxdur-bütün müstəqil namizədlər, həmçinin hakimiyyətin seçkilərdə özünün potensial rəqibləri kimi baxanlar uğurla neytrallaşdırılıb.

Nəşr "Şəbəkə azadlıqları" hüquq müdafiə layihəsinə istinad edir.

Avqustun ortalarında bu layihə bütün Rusiya boyunca müxalifət namizədlərinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üzrə 85 (onlardan 53-ü Moskvada) epizod qeydə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru