Putin bu tarixdə hakimiyyətdən gedəcək – SENSASİON İDDİA

12-09-2022, 00:04           
Putin bu tarixdə hakimiyyətdən gedəcək –
Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq.

Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri – Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılacaq. Ertəsi gün “Qu gölü”nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir”, – ekspert söyləyib.

Onun sözlərinə görə, bunun üçün əlverişli tarix də var: oktyabrın 7-də Putinin 70 yaşı tamam olan gün…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru