“Mən sizinlə çiyin-çiyinə döyüşməkdən şərəf duyuram…”

12-09-2022, 08:18           
“Mən sizinlə çiyin-çiyinə döyüşməkdən şərəf duyuram…”
“Mən sizinlə çiyin-çiyinə döyüşməkdən şərəf duyuram…”

“Rusiya qoşunlarının qürurla “Moskva”, “Omsk” və “Piter” adlandırdıqları Ukrayna kəndləri ələ keçirilib…”

Ukrayna Silahlı Qüvvələri təlaş keçirən rusiyalı hərbçilərin atıb getdiyi tanklar, mərmilər və üzərində “Z” hərfi olan toyuq ətini göstərib…

Ukrayna qoşunları sentyabrın əvvəlindən artıq 3000 kvadrat kilometr ərazini Ukraynanın nəzarətinə qaytarıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı bəyan edib.

“Xarkov istiqamətində biz təkcə cənuba və şərqə deyil, həm də şimala doğru irəliləməyə başlamışıq. Dövlət sərhəddinə çıxmağa 50 km qalıb”, – Zalujnı özünün Telegram-kanalında yazıb.

Baş komandan ukraynalı hərbi qulluqçuların Xarkov vilayətinin azad edilən Bayrak, Novaya Qusarovka, Şurovka və Olxovatka kəndlərində çəkilən bir neçə fotoşəkilləri dərc edib.

Şəkillərdə atılan Rusiya texnikası, döyüş sursatları və rusiyalı hərbi qulluqçuların ərzaq qalıqlarını görmək olar.

“Rusiya qoşunlarının güclü möhkəmləndirilmiş və qürurla “Moskva”, “Omsk” və “Piter” adlandırdıqları rayonların ələ keçirilməsi əks hücumu Balakleya, İzyum və Kupyanska yönəltməyə imkan verib”, – Zalujnı qeyd edib.

USQ Baş komandanı həmçinin vurğulayıb:

“Mən qürur duyuram və hər bir ukraynalı hərbi qulluqçusuna minnətdaram. Mən sizinlə çiyin-çiyinə döyüşməyimdən şərəf duyuram”.

Britaniyalı kəşfiyyatçılar yeni hesabatda məlumat verib ki, son 24 saat ərzində Ukrayna qoşunları Xarkov vilayətində əhəmiyyətli irəliləyişə nail olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru