“Avropa böyük humanitar böhranla üz-üzədir” - Rumıniya Prezidenti

12-09-2022, 09:24           
“Avropa böyük humanitar böhranla üz-üzədir” -
Avropa ən böyük humanitar böhranlardan biri ilə üz-üzədir. Bu fikri Rumıniya Prezidenti Klaus İohannis səsləndirib.

“Biz qitəmizin yaxın tarixinin ən böyük humanitar böhranlarından biri ilə üz-üzəyik. Bu böhran qurbanların sayının artmasına, insanların məhvinə, Ukraynanın daxilində və xaricində köç etməsinə səbəb olur”, - dövlət başçısı jurnalistlərə bildirib.

İohannis əlavə edib ki, Buxarest hazırda transatlantik münasibətlərin möhkəmlənməsini, dünyada vətəndaşların azadlığının qorunmasını və demokratiyanın qurulmasını təmin edən tədbirləri dəstəkləyir.

Prezident əmindir ki, NATO və Avropa İttifaqının birgə fəaliyyəti Avropada, xüsusilə Cənub-Şərqi Avropada və Qara dəniz regionunda təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq. (Mənbə: life.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru