Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması üzrə danışıqlara başlanılıb

12-09-2022, 10:34           
Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması üzrə danışıqlara başlanılıb
Ukraynanın işğal altında olan Zaporojye AES ətrafında nüvə və fiziki təhlükəsizlik zonasının yaradılması mümkün qədər tez həyata keçirilməlidir.

Bununla bağlı məsləhətləşmələr artıq başlayıb.


Bu barədə bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib.

“Mən hələ də hər hansı növ atışma davam etdikcə təhlükə altında qalan elektrik stansiyasının vəziyyətindən son dərəcə narahatam. Bu ciddi vəziyyəti həll etmək üçün nüvə təhlükəsizliyi zonasının yaradılmasına təcili ehtiyacın olması ilə bağlı məsləhətləşmələrə başlanılıb”, - deyə BAEA-nın rəhbəri bildirib.

Qeyd edək ki, Enerqodarda yerləşən Zaporojye AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru