Bakıya TƏCİLİ ZƏNG! - “ABŞ “rıçaqları” ələ almaq niyyətindədir”

13-09-2022, 17:28           
Bakıya TƏCİLİ ZƏNG! -
“ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində “rıçaqları” ələ almaq niyyətindədir, lakin ortada Rusiya amili var. Moskva aktivindəki “qıfıl açarlarını” Vaşinqtona təhvil verməz”.
TEREF.AZ xəbər verir ki, bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələsi üzrə köməkçisi Karen Donfridin Ceyhun Bayramovla telefon danışığına münasibət bildirərkən deyib.
Analitik qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki hərbi toqquşma diplomatik telefon trafiklərini artırdı:

“Hesab edirəm ki, ABŞ-dan gələn zənglərin məqsədi Azərbaycanı perspektiv hərbi əməliyyatlardan çəkindirməkdir. Amerika da, Rusiya da, Avropa İttifaqı da Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasında maraqlıdır. Lakin problem müqavilə mətnində hansının maraqlarının daha çox təmin olunması məsələsində yaranır.

ABŞ Dövlət Departamentinin bəyanatları ilə Rusiyanın bəyanatları arasında üslub fərqli gözə çarpır. Görünür ki, Vaşinqton hələ də istəklərinə nail olmayıb və Azərbaycanı ittiham edən cümlələrin işlədilməsindən çəkinmir.

Rusiya isə istəklərinə doğru addımlayır. Lakin əsas sual budur ki, Moskva Azərbaycandan nələri qarşılıq olaraq istəyəcək.

Digər tərəfdən ABŞ-ın məqsədi Rusiyanın təsir dairəsini zəiflətməkdir. Düşünürəm ki, telefon danışıqlarında Azərbaycan da, Ermənistan da Rusiyadan tamamilə uzaqlaşmağa təhrik edilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru