CNN: “Rusdilli hakerlər ABŞ hava limanlarının saytlarına hücum ediblər”

11-10-2022, 12:13           
CNN: “Rusdilli hakerlər ABŞ hava limanlarının saytlarına hücum ediblər”
ABŞ hava limanının internet saytları bir qrup rusdilli haker tərəfindən kiberhücuma məruz qalıb.

Bu barədə CNN bazar ertəsi məlumat yayıb

Telekanalın məlumatına görə, ölkənin 14 hava limanı, o cümlədən Atlanta və Los-Anceles aeroportları səhər saatlarında DDoS hücumuna məruz qalıb. CNN hava limanlarının “Killnet” kiberdəstəsinin hədəf siyahısında olduğunu iddia edib.

Qeyd olunub ki, kiberhücumlar hava limanlarının fəaliyyətinə təsir göstərməsə də, bir müddət sərnişinlər üçün uçuşlar haqqında məlumatların axtarışını çətinləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru