ABŞ bu sənədin məxfiliyini pozdu: “Zəngəzur dəhlizi...”

11-10-2022, 12:44           
ABŞ bu sənədin məxfiliyini pozdu:
Sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşündə müzakirə olunan sənədin məxfiliyi pozulub.

Ermənistan mətbuatının yazdıqlarına əsasən, ABŞ tərəfinin mövqeyini nümayiş etdirən bu sənədin surəti “Siloviki” Teleqram kanalının əlinə keçib.

“Sənəddə qeyd olunur ki, Qarabağın tam ərazisi Azərbaycan kimi qəbul olunur. Qarabağ erməniləri öz hüquqlarını yalnız Bakının xüsusi nümayəndəsi ilə müzakirə edə bilərlər. Zəngəzur dəhlizi məsələsi isə Rusiyanın kurasiyası altında həll olunacaq. Qeyd edək ki, məhz bu sənəd oktyabrın 6-da Praqada Paşinyan, Əliyev və Ərdoğan arasında danışıqların əsas mövzusu olub”, - erməni mətbuatı qeyd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru