Kreml sükutu pozdu - Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ kimi cavab

11-10-2022, 19:14           
Kreml sükutu pozdu -
"Bu, Ukraynaya acı verəcək..."
Rusiyanın dünənki raket hücumlarından sonra bölgədə gərginlik pik həddə çatıb.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, ölkənin hər yerində insan tələfatına səbəb olan hücumdan sonra ABŞ ani bir addım ataraq, Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təmin etmək qərarına gəlib.

Ukrayna prezidenti Zelenski ilə telefon danışığında ABŞ prezidenti Baydenin Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etmək vədinə Rusiyadan cavab gəlib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya sözügedən müdafiə sistemini verməsinin müharibənin uzadılması anlamına gəldiyini bildirib və Vaşinqtona bir növ xəbərdarlıq edib.

Peskov bu vəziyyətin "Ukraynaya acı verəcəyini" deməklə Kiyevi hədələyib.

O, həmçinin vurğulayıb ki, tədarüklər Moskvanın Ukraynadakı hərbi əməliyyatının məqsədlərini dəyişməyəcək.

Xatırladaq ki, Krım və Rusiyanı birləşdirən körpünün vurulmasına Rusiyanın cavabı ağır olub və Ukraynanın bir çox şəhərləri, xüsusilə Kiyev, Xarkov, Dnepr və Lvov raket atəşinə tutulub.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordusunun həyata keçirdiyi hücumların Ukraynanın hərbi, enerji və kommunikasiya infrastrukturunu hədəf aldığını vurğulayıb.

O bildirib ki, hücumlar davam edərsə, Rusiyanın cavabının şiddəti artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru