Putin dialoqa açıq olduğunu bildirib

12-10-2022, 00:05           
Putin dialoqa açıq olduğunu bildirib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

"Paralel.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin deyib ki, Rusiya həmişə bütün dövlətlərin dinc atomun faydalarından bərabər istifadə etməsini müdafiə edib: "Eyni zamanda, bizim mövqeyimiz ondan ibarətdir ki, hərbi nüvə texnologiyalarının yayılmasını məhdudlaşdırmaq üçün hər şey edilməlidir. Sürətli neytron reaktorunu ilk yaradan biz olduq. Bildiyiniz kimi, biz Rusiyada gəmiqayırma, nüvə hərəkəti sistemləri və ilk üzən atom elektrik stansiyalarını inkişaf etdiririk. Ümumiyyətlə, burada bir çox göstəricilərə görə Rusiya nüvə inkişafı sahəsində dünyada lider mövqe tutur".

Rusiya lideri bildirib ki, bu gün nüvə fəaliyyəti ilə bağlı hər şeyin həddindən artıq, təhlükəli siyasiləşdirilməsi elementləri var: "Lakin biz çox ümid edirik ki, Sizin səyləriniz sayəsində bu məsələ ilə bağlı bütün ritorikanı azalda, bu sahədə baş verən bütün təlatümlərə və mürəkkəb proseslərə baxmayaraq, fəaliyyətimizin və əməkdaşlığımızın bu sahəsini dünya səhnəsində normal vəziyyətə gətirə biləcəyik. izim üçün qarşılıqlı maraq doğuran, hətta kimisə narahat edən bütün məsələləri müzakirə etməkdən məmnun olarıq, məsələn, Zaporojye atom elektrik stansiyasının ətrafındakı vəziyyətlə bağlı hər şeyi. Hər halda biz bu dialoqa açığıq və sizi görməyə şadıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru