Ərdoğan belə deyir, Macron elə deyir...
15-10-2022, 12:38

Jurnalistlərin sullarını cavablandıran Tayyib Ərdoğan deyib ki, o, Praqada Nikol Paşinyanla görüşüb və Zəngəzur dəhlizinin açılması ilə bağlı elə bir problem görmür.
Cənab Ərdoğan ciddi siyasətçidir. Yəni o, boşuna belə bir bəyanat verməz...
Digər tərəfdən də Emmanuel Macron aranı qarşdırmaq üçün açıq şəkildə provokasiyaya əl atır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına məqsədli şəkildə mane olur...
Astanada keçirilən görüşdə Nikol Paşinyan və İlham Əliyevin çıxışları davakarlığı ilə seçilirdi. Təbii ki, bu cür ritorika ilə sülhə nail olmaq çətindir...
Fransa nədən Ermənistanla Azərbaycan, eyni zamanda Türkiyə arasında sülh və əmin-amanlığın olmasını istəmir? Məncə, Böyük Britaniyanın Azərbaycanda, Azərbaycan üzərindən isə Cənubi Qafqazda nüfuz sahibi olması Fransanı qıcıqlandırır. Cənubi Qafqazda Fransanı da söz sahibi kimi görmək istəyən Emmanuel Macron həyasız şəkildə, yəni bütün qırmızı xətləri keçərək Ermənistanın tərəfini tutur.
İngilislər ağıllıdır. Elə ona görə də dünyanı onlar idarə edir. Cənubi Qafqazın ən güclü ölkəsi birmənalı olaraq Azərbaycandır. İngilislər də Azərbaycana üstünlük verir. Fransa situasiyanı dəyişmək istəyir. Bu məqsədlə də Ermənistana qaz verir (təbii qaz yox ha) və erməniləri inandırmağa çalışır ki, Azərbaycan və Türkiyəyə müqavimət göstərsə, bu prosesdən daha böüyük uduşla çıxa bilər...
Kimsə deyə bilər ki, ABŞ da ermənilərin müdafiəsi üçün aşırı işlər görür. Məncə, ABŞ Errmənistanla Azərbaycan və Türkiyə arasında barış olmasının tərəfdarıdır. Fransa isə bunu qətiyyən istəmir...
Bir şeyi də deyim: Yadınızdadırsa, 2021-ci ilin elə bu vaxtlarında Avstraliya, Britaniya və ABŞ AUKUS adlı yeni alyansını yaratdı. Avstraliya Fransa ilə olan 60 milyard dollarlıq sualtı qayıq müqaviləsindən çıxdı və bu da öz növbəsində Fransa tərəfindən hiddətlə qarşılandı...
Yəni Fransa ilə ingilis düşüncəsinə bağlı ölkələr arasında ciddi ziddiyətlər var. AUKUS-da Kanada niyə yer almyıb? Məntiqlə Kanada da orada olmalıdır. Səbəb çox sadədir. Çünki 37 milyon əhalisi olan Kandanın separatizmə meylli Kvebek bölgəsində 8.5 milyon frarnsızdilli insan yaşayır...
Biz Azərbaycan olaraq ingilsilərin yanında olmalıyıq. Qoy ermənilər fransızlara söykənsinlər. Yüz il bundan sonra da Fransa Böyük Britaniyanın nüfuzuna və gücünə sahib olan deyil. Heç kəs narahat olmasın...
Elbəyi Həsənli
Teref.az