Çünki hakimiyyətə gəlmək üçün nə bacaraqları var, nə imkanları və bunu şüuraltı anlayırlar deyə, hər məsələyə bu prizmadan baxırlar.
15-10-2022, 12:16

1982-ci ildə Britaniya və Argentina arasında 42 günlük "Folklend müharibəsi" baş verdi. Britaniyanın tam qələbəsi ilə başa çatan müharibədən sonra kiçicik adanın minalardan təmizlənməsi başlandı. Son mina 2020-ci il 10 noyabr tarixində - tam 38 il sonra zərərsizləşdirildi.
Adalanın ümumi sahəsi 12113 km2-dir, Argentina adaların sahil zolaqlarını, təqribən, 43 km2 sahəni minalamışdı, ümumilikdə cəmi 30 min mina basdırılmışdı. Britaniyaya 38 il zaman, 368 mln. funt (dəyişən məzənnəni nəzərə alıb illərə bölsək təqribən 500 mln. dollar) vəsait lazım oldu ki, balaca bir adanın kiçicik bir hissəsini minalardan tam təmizləsin.
Dünyadan başı çıxmayan primitiv adamların bilmədikləri mövzularda fikir bildirmələri ayrı dərddi. Güya siyasi iddiası olan bəzi müxalifət nümayəndələri İlham Əliyevdən o qədər qorxurlar, öz siyasi perspektivlərinə o qədər inanmırlar ki, Əliyevin minaların təmizlənməsinə 30 il, milyardlarla dollar lazım olması fikrini, onun o qədər hakimiyyətdə qalacağı varsayımı ilə qavrayırlar. Çünki hakimiyyətə gəlmək üçün nə bacaraqları var, nə imkanları və bunu şüuraltı anlayırlar deyə, hər məsələyə bu prizmadan baxırlar.
Bizim bu hakimiyyətin çox qalacağı ilə bağlı elə bir gözləntimiz, onlar kimi də natamamlıq kompleksimiz yoxdur, ona görə də obyektiv siyasətə üstünlük veririk, bilirik ki, YAP-a da, Əliyevə də seçkilərdə qalib gəlmək üçün bilik-bacarığımız var - ona görə də düzə-düz, əyriyə-əyri deməyi bacarırıq. Erməni işğalçıları 30 ildə yüzminlərlə mina basdırıblar, ərazi olaraq Folklend adasında basdırılan sahədən dəfələrlə (azı 100 dəfə) böyük ərazidə bunu ediblər - bəli, ərazimizi minalardan tam təmizləmək üçün 20-25 il, milyardlarla da dollar vəsait lazımdır və bu işi gələcək hökumət də görməli, böyük zaman və vəsait xərcləməli olacaq...
Natiq Cəfərli
Teref.az