Finlandiya MN nüvə silahının tətbiqi ilə bağlı Rusiyaya xəbərdarlıq edib

16-10-2022, 00:07           
Finlandiya MN nüvə silahının tətbiqi ilə bağlı Rusiyaya xəbərdarlıq edib
Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.

O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.

Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.

Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".

Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru