İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? - Politoloq şərh edir...

17-10-2022, 11:25           
İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? -
İran Rusiyaya pilotsuz uçuş aparatları satdığını niyə danır? Türkiyə Azərbaycana və Ukraynaya pilotsuz uçuş aparatları satıb və bunu heç zaman gizlətməyib.
Sadəcə, Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb.
Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satıb, bu İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir.
Ona görə də Rusiyaya silah satmalarını açıq şəkildə bəyan edə bilmirlər. Halbuki, hamı bilir ki, Rusiya İran dronları ilə Ukrayna şəhərlərini hədəf alıb, mülki insanları öldürüb.
Ukrayna prezidenti Volodimir Zelenski şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, qalılqarı mövcuddur.
Bunlar varkən, Tehran hələ da reallığı inkar etməyə çalışır.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru