"ABŞ və NATO-nun yardımı olmasa Ukrayna məğlub olacaq" - Baş direktor
18-10-2022, 12:35
"ABŞ və NATO-nun hərbi yardımları olmasa Ukrayna müharibəyə bir aydan artıq davam gətirə bilməyəcək". AzVision.az xəbər verir ki, bunu “National İnterest” jurnalının naşir və baş direktoru Dmitriy Sayms Ukraynanın məğlub olacağı tarixi proqnozlaşdırarkən deyib.
Baş direktorun fikrincə, Ukrayna yalnız ABŞ və NATO-nun hesabına Rusiya qarşısında duruş gətirir: “NATO-nun diplomatik həllə cəhd etmədən Ukraynaya müddətsiz hərbi yardım edəcəyini düşünmək yanlış olar”.
Qeyd edək ki, sonuncu dəfə 15 oktyabr tarixində Bayden hökuməti Ukraynaya 750 milyon dollar məbləğində hərbi yardım paketi ayırıb.