Avropa Komissiyası Aİ-nin infrastrukturunun qorunması planını təqdim edib

19-10-2022, 09:20           
Avropa Komissiyası Aİ-nin infrastrukturunun qorunması planını təqdim edib
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) əsas enerji, rəqəmsal, nəqliyyat və kosmik infrastrukturunun qorunması planını təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, AK-nin bəyanatında tövsiyə layihəsinin üç prioritet sahədə - hazırlıq, cavab tədbirləri və beynəlxalq əməkdaşlıqda kritik infrastrukturun mühafizəsi işini maksimuma çatdırmaq və sürətləndirmək məqsədi daşıdığı bildirilib.

“Bu məqsədlə o, hazırkı təhdidlərə hazırlığın və cavab tədbirlərinin təkmilləşdirilməsi, habelə üzv dövlətlər və üçüncü ölkələrlə əməkdaşlığı gücləndirmək üçün Avropa Komissiyasına daha güclü dəstək və əlaqələndirici rolu nəzərdə tutur. Prioritet enerji, rəqəmsal infrastruktur, nəqliyyat və kosmosun əsas sektorlarına verilməlidir”, - AK-nin bəyanatında deyilir.

Bundan əlavə, Aİ və NATO kritik infrastrukturu qorumaq üçün işçi qrupu yaradacaq.

Bəyanatda o da qeyd olunub ki, AK sədri Ursula fon der Lyayen oktyabrın 20-21-də keçiriləcək Avropa Şurasında planı Aİ liderlərinə təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru