İran Rusiya ilə birləşib “şər oxuna” çevriləcəklər

20-10-2022, 12:29           
İran Rusiya ilə birləşib “şər oxuna” çevriləcəklər
Ukraynanın hazırda İranla heç bir əlaqəsi yoxdur. Hətta tələbə mübadiləsi də dayandırılıb. Ancaq bu bizim ölkələr arasındakı gərginliyin həll yolu deyil.

Axar.az xəbər verir ki, bunu Ukraynada Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos deyib.

“Bu addımların heç biri bizə kömək etməyəcək, əksinə, Rusiya ilə münasibətləri dərinləşdirmək üçün İranın əl-qolunu açacaq. Məsələn, Ukraynanın işğal olunmuş 4 rayonunda Rusiya “referendumları”nı tanıya biləcəklər və BMT Baş Assambleyasında artıq açıq şəkildə Rusiyaya dəstək verəcəklər. İran ruslarla əməkdaşlığı dayandırmayacaq. Buna ümid etmək faydasızdır. Düşünürəm ki, əksinə, Rusiya İranla əlaqələri gücləndirəcək və sonda rəsmi müttəfiqlik bağlayacaqlar. Onlar birlikdə olduqları “şər oxuna” çevriləcəklər”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru