Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib

20-10-2022, 16:41           
Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib
Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib: əsas silah təchizatı Rusiya olan İrəvan 44 günlük müharibədə ağır zərbə alan hərbi arsenalını gücləndirmək üçün İran və Hindistan kimi üçüncü ölkələrə üz tutur;
İrəvanın hərbi baxımdan özünü bərpa etmək cəhdləri həm hazırda regiondakı proseslər, həm də perspektivdə yenidən təhdidlər yaratması baxımından Azərbaycana sərf etmir. Hərçənd, Azərbaycan Ordusunun arsenalında olan Türkiyə istehsalı “Bayraktar” və İsrail istehsalı dronlarla müqayisədə İran dronları daha zəifdir, xüsusilə dağ relyefində döyüşlərin aparılması baxımından. Və Türkiyənin yeni istehsalı olan “Akıncı”nı hərbi arsenalımıza daxil etməyə hazırlıq da Azərbaycanın gücünü qat-qat artıracaq.
Burada İranın Azərbaycana dua, Ermənistana PUA göndərməsi siyasəti də yenidən gündəmə gəlir.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru