"İran Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinədir" - Abdullahiyan

21-10-2022, 00:08           
"İran Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinədir" - Abdullahiyan
“Biz Ermənistanın təhlükəsizliyinə İranın təhlükəsizliyi kimi baxırıq”.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı deyib.

“Mən məmnunam ki, bu səfər zamanı İranın Qafandakı Baş konsulluğunun yenidən açılmasının şahidi olacağıq. Bu inkişaf İran və Ermənistan ölkəsi arasında tarixi əlaqələrin dərinləşməsinin başqa bir səbəbidir", - o bildirib.

İran XİN rəhbəri, Qafqaz regionunda hər hansı geosiyasi sərhəd dəyişikliyinə qarşı olduqlarını açıq şəkildə bildirdiklərini vurğulayıb:

"Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik”.

Əmir-Abdullahiyan deyib ki, İran regionda, o cümlədən Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru