“Etiraf edirəm ki, bacarmadım” – Trass istefa səbəbini açıqladı

21-10-2022, 09:35           
“Etiraf edirəm ki, bacarmadım” –
Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb.

Sozcu.az-ın məlumatına görə, Trass vəzifəsini yerinə yetirə bilmədiyini söyləyib.

“Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm”, – deyə o xalqa müraciətində vurğulayıb.

Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb.

Onu da bildirək ki, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək./Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru