Keçmiş litvalı nazir: “Əgər Rusiya NATO ilə döyüşdüyünü deyirsə, Ukraynanı NATO-ya qəbul etmək qalır” - FOTO
21-10-2022, 10:07
Litvanın keçmiş xarici işlər naziri Linas Linkyaviçyus Rusiyanın NATO ilə bağlı açıqlamaları barədə zarafat edib.
“Əgər Rusiya özü artıq Ukraynada “bütün NATO-ya qarşı” döyüşdüyünü iddia edirsə, deməli, Ukraynanın Alyansa daxil olması ilə bağlı problem yoxdur”.
“Rusiya cəbhədəki uğursuzluqları Ukrayna ilə deyil, NATO ilə izah edir. Bu o deməkdir ki, Rusiya artıq Ukraynanı Alyansın bir hissəsi kimi qəbul edir. Ona görə də NATO-nun bununla barışması qalır”, - deyə Linkyaviçyus öz “Twitter” səhifəsində yazıb.
#Russia explains its failures on the front by the fact that it is not at war with #Ukraine - it is at war with #NATO. It means that Russia already recognizes that Ukraine is part of NATO, it remains for NATO to come to terms with it.