Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik - İran XİN

21-10-2022, 17:22           
Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik - İran XİN
“İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”.

TEREF.AZ APA-ya istinadən xəbər verir ki, bunu İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyan Qafanda İran Baş konsulluğunun açılışı zamanı deyib.

Onun sözlərinə görə, İranın siyasəti ölkələrin ərazi bütövlüyünə və beynəlxalq hüquqla tanınan sərhədlərinə hörmətlə yanaşılmasına əsaslanır.

XİN rəhbəri Qafanda açılan İran konsulluğunun əməkdaşlarının Ermənistan və İran hökumətlərinin, vilayət rəhbərliyinin dəstəyindən yararlanacağına, yerli əhali tərəfindən xeyirxah münasibət göstəriləcəyinə əminliyini bildirib.

“İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan baş konsulluğunun açılışı üçün hazır olduğunu xatırlatmaq istəyirəm”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru