İran öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

22-10-2022, 11:35           
İran öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı
İran Ukrayna ərazisində olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Həmçinin Ukraynaya səfər etməyi planlaşdıranlara səfərdən çəkinməyi tövsiyə edib.

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Ukraynada hərbi eskalasiya ilə əlaqədar bütün iranlılara Ukraynaya səfərdən çəkinmələri tövsiyə olunur. Həmçinin Ukraynada yaşayan iranlılara öz təhlükəsizlikləri üçün ölkəni tərk etmələri məsləhət görülür”, - deyə bəyanatda qeyd edilir.

Mənbə: Ukrinform












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru