“Co Bayden və dəli Pelosi ilə işi bitirmək niyyətindəyəm” - Tramp seçkilərə hazırlaşır

24-10-2022, 10:06           
“Co Bayden və dəli Pelosi ilə işi bitirmək niyyətindəyəm” -
Amerika Birləşmiş Ştatlarının (ABŞ) eks-prezidenti Donald Tramp 2024-cü ildə dövlət başçısı postuna keçiriləcək növbəti seçkilərdə iştiraka hazır olduğunu bəyan edib.

Texasda oktyabrın 22-də öz tərəfdarları qarşısındakı mitinqdə çıxış edərkən, Tramp yenidən qeyd edib ki, 2020-ci ildə prezident seçkilərinin nəticələri saxtalaşdırılıb. Məlumdur ki, həmin seçkilərdə demokrat Co Bayden qalib gəlib.

Bu ərəfədə xəbər verildiyi kimi (EADaily.com), ABŞ Prezidenti Co Bayden bəyan edib ki, 2024-cü ildə növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir, amma o, hələ ki, bu barədə formal qərar qəbul etməyib.

Tramp da öz növbəsində bəyan edib ki, «iki dəfə namizədliyini irəli sürüb və iki dəfə qalib gəlib». O, xatırladıb ki, 2020-ci ildə o, 2016-cı ildəkindən bir neçə milyon çox səs toplayıb, həm də bu «ölkənin tarixində istənilən fəaliyyətə olan prezidentindən çox səs alıb».
Ətraflı

«İndi, ABŞ yenidən uğurlu, təhlükəsiz və böyük ölkə olsun deyə, mən, görünür, bunu bir dəfə də etməliyəm» - Tramp fikrini tamamlayıb və onun sözləri toplaşanların sürəkli alqışlarına səbəb olub.

Eks-prezident Tramp bəyan edib: «Biz, dəli Nensi Pelosi ilə məsələni bitirməyə hazırlaşırıq - o isə dəlidir, bu qadın dəlidir! Biz, onların bütün siyasi karyerasına son qoyacağıq - Co Baydenin, Nensi Pelosinin, Şumerin».

ABŞ-n keçmiş Prezidenti həm də bəyan edib ki, prezident postunda olsaydı o, Ukraynada eskalasiyaya imkan verməzdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru