Məhkəmə hüquq sistemində yeni mərhələ başlaya bilər - ONLAR YOLA SALINIR

24-10-2022, 09:56           
Məhkəmə hüquq sistemində yeni mərhələ başlaya bilər -
Yaxin zamanlarda Azərbaycanın məhkəmə-hüquq sistemində yeni mərhələ başlaya bilər.

TEREF.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən verilən xəbərdə deyilir.

Xəbərə görə, ölkə vətəndaşlarının məhkəmə-hüquq sisteminə ictimai etimadını itirən üç əsas şəxs – Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev öz postlarından kənarlaşdırılacaq.

Sirr deyil ki, Azərbaycanın beynəlxalq imicinin zədələnməsndə adıçəkilən şəxslərin rolu böyük olub.

Azərbaycan hökuməti məhz insan hüquqlarının vəziyyətinə görə beynəlxalq qınaqla üzləşir.

Görünür, bu məsələdə əsas məsul olan bu şəxsləri kənarlaşdırmaqla -hökumət yeni mərhələ başlatmaq niyyətindədir.

Bu şəxslərdən yalnız Fikrət Məmmədovun Prezident Administrasiyasında kiçik vəzifə ilə təyin olunacağı deyilir.

Son iki ildə korrupsiya ilə mübarizə başlasa da bu, məhkəmə-hüquq sistemindən yan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru