ABŞ müharibəyə hazırlaşır: ilin sonuna qədər…

24-10-2022, 10:20           
ABŞ müharibəyə hazırlaşır: ilin sonuna qədər…
Tayvan üzərində münaqişənin kəskinləşməsi çox güman ki, bu ilin əvvəlində baş verəcək. Bunun fonunda Asiya-Sakit Okean regionunda Amerika gəmiləri döyüşə hazır olmalıdır”.

Teref.az Qazet.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Mayk Qildey deyib.

“Son 20 il ərzində biz gördük ki, onlar (Çin hakimiyyəti – red.) verdikləri hər bir vədi yerinə yetiriblər… 2027-ci ilə qədər olan vaxt intervalı haqqında danışarkən, düşünürəm ki, bu, 2022-ci ilin sonu və ya potensial olaraq 2023-cü ilin əvvəli olmalıdır, mən bunu istisna edə bilmərəm”- deyə amerikalı admiral qeyd edib.

Qildey Atlantik Şurasının iclası zamanı Tayvanla bağlı vəziyyəti dəyərləndirib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin modernləşdirməyə ehtiyacı olduğuna da diqqət çəkib.

Daha əvvəl bildirilmişdi ki, Taybey ada ordusunun “istənilən vaxt” Çinin hücumuna hazır olduğunu elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru