“Ukraynada nüvə silahından istifadə ciddi səhv olardı” - Bayden

26-10-2022, 00:38           
“Ukraynada nüvə silahından istifadə ciddi səhv olardı” - Bayden
Ukraynadakı hərbi əməliyyat zamanı Moskvanın taktiki nüvə silahından istifadə etməsi ciddi səhv olardı.

“Report” xəbər verir ki, belə bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

“Bircə onu deyim ki, Rusiya Ukraynada taktiki nüvə başlığından istifadə etsəydi, inanılmaz dərəcədə ciddi səhv edərdi. Bunun yalançı bayraq əməliyyatı olduğuna hələ zəmanət verə bilmərəm. Mən onu bilmirəm. Yenə də böyük səhv olardı”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası əsirlərin dəyişdirilməsi məsələsi ilə bağlı Rusiya hakimiyyət orqanları ilə daim əlaqə saxlayır, lakin hələlik müsbət cavab almayıb:

“Britni və digərlərinin azad edilməsi üçün Rusiya hakimiyyəti ilə daim əlaqə saxlayırıq və hələ ki, müsbət cavab almamışıq. Amma biz dayanmaq fikrində deyilik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru