Tehran hökuməti kütləvi etirazlardan qorxur: Məktəblər COVID və qrip bəhanəsilə bağlandı - FOTO

26-10-2022, 12:24           
Tehran hökuməti kütləvi etirazlardan qorxur:
İran rejimi Kürdüstan və Ərdəbil əyalətlərindəki məktəbləri COVID və qrip bəhanəsilə bağlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İranın Kürdüstan əyalətinin başçısı İsmayıl Zarei Kuşa bu gündən əyalətin bütün məktəb və universitetlərinin “СOVID və qrip hallarının artması” bəhanəsi ilə bağlanmasını əmr edib.

Bu göstəriş Məhsa Əmininin qətlə yetirilməsinin 40-cı günü ümumi etirazlar keçiriləcəyi ilə bağlı çağırışların yayıldığı ilə eyni vaxtda verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru