Zatulin və Simonyan niyə Ermənistanda "arzuolunmaz şəxs"-lər elan olundular?
26-10-2022, 14:01
Ermənistan hakimiyyəti Zatulin və Simonyanın ölkəyə girişinə qadağa qoydu: Paşinyan komandası Zatulinə bildirib ki, “onun bəyanatları Ermənistana zərər vurur”, beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir; Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdir. Paşinyanın bu addımının siyasi orientasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə Zatulin və Simonyan? - Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır; - Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və Nikolun rəqibləri üçün platforma rolunu oynayır; Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu. Asif Nərimanli Teref.az