“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur” - Almaniya prezidenti

27-10-2022, 00:07           
“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur” -
“Hər şey Almaniyada təsəvvür olunduğundan qat-qat pisdir”. Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən sonra bildirib.

O, Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü qeyd edib.

Ştaynmayerin fikrincə, Almaniyada insanlar əsl vəziyyət haqqında yanlış təsəvvürə malikdir.

Almaniya prezidenti Ukraynaya səfəri zamanı raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qalıb. Onun sözlərinə görə, orada şok əhvalatlar eşidib.

“Hər şey Almaniyada təsəvvür etdiyimizdən qat-qat qorxuludur. Bizə danışılan hekayələr məni şoka saldı”, - deyə o qeyd edib.

Almaniya prezidenti vurğulayıb ki, dünya ədalətli olmalıdır. Söhbət Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasından gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru