“Ford” Rusiya bazarını tərk etdi

27-10-2022, 10:14           
“Ford” Rusiya bazarını tərk etdi
“Ford” şirkəti “Sollers” birgə müəssisəsindəki payını sataraq Rusiya avtomobil bazarını tərk edib.

Məlumata görə, avtoistehsalçının müəssisədəki payı 49% təşkil edib.

Qeyd olunub ki, “Ford”un səhmləri nominal dəyərinə uyğun olaraq birgə müəssisəyə təhvil verilib.

Eyni zamanda, Amerika konserni dünyada vəziyyətin dəyişəcəyi təqdirdə səhmləri beş il müddətinə geri almaq imkanını özündə saxlayır.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində “Ford Motor” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru