“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” - Putin

28-10-2022, 08:24           
“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” - Putin
"Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək".

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
"Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi", - deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru