Qərbi Azərbaycanda polislə etirazçılar arasında toqquşma: 3 nəfər öldü
28-10-2022, 08:45
İranın Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var. Bakupost.az bildirir ki, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb. Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib. İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.