İran generalını öldürdülər. Dəli olublar, utanmırlar!..

28-10-2022, 09:16           
İran generalını öldürdülər. Dəli olublar, utanmırlar!..
Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynada çevrilişi maliyyələşdirməsi etirafını və 2 il öncə SEPAH generalı Qasım Süleymaninin öldürülməsi olayını şərh edib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri bu barədə “Valday” klubunda çıxışında deyib.

“İran generalı Süleymanini öldürdülər. Süleymaniyə istənilən cür münasibət göstərə bilərdiniz, lakin o, digər bir dövlətin rəsmi şəxsidir. Üçüncü ölkə ərazisində öldürdülər və “Biz öldürmüşük, bəli” dedilər. Bu nə deməkdir, biz harada yaşayırıq?” - deyə Putin bildirib.

Dövlət başçısı Qərbin Ukrayanda çevrilişi maliyyələşdirməsi etirafını şərh edərkən emosiyalarını gizlədə bilməyib:

“Qoy, iqtisadi, ticari müharibə olsun, boykot, sanksiya, rəngli inqilablar... Hazırlayır və müxtəlif çevrilişlər həyata keçirirlər. Onlardan biri Ukraynada 2014-cü ildə faciəvi hadisələrə gətirib çıxartdı. Dəstəklədilər, hətta çevrilişə nə qədər pul ayırdıqlarını açıqladılar. Ağıllarını itirblər, heç nədən utanmırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru