Ankaradan Azərbaycana dəstək, Fransaya etiraz

28-10-2022, 11:28           
Ankaradan Azərbaycana dəstək, Fransaya etiraz
Ankaradan Azərbaycana dəstək, Fransaya etiraz
Türkiyə-Azərbaycan Dayanısma və İşbirliyi Vakfı (TADIV) Fransanın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək

Bu barədə Bakıvaxtı.az-a TADİV-dən bildirilib.

Məlumata görə, aksiyanın keçirilməsində məqsəd Fransanın Azərbaycana qarşı ikili siyasətinə etiraz etməkdir. Qurumun məlumatına qeyd olunur ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlət fəlsəfəsi ilə davam etdirdiyi qardaşlıq münasibətini Şuşa bəyannaməsi ilə, böyük türk millətinin fərasəti və dövlət başçılarının müstəsna səyləri ilə ittifaqa çevirərək tarix yazıb.

"Qarabağ Zəfəri ilə taclanan Türkiyə-Azərbaycan münasibətlərindən narahat olan, bu iki dövlətin Cənubi Qafqazda və regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərdən narazı olan Fransanın başçılıq etdiyi bəzi dövlətlər bu münasibətlərə zidd bəyanatlar veriblər. Fransanın bu addımına etiraz olaraq, TADİV bütün qeyri-hökumət təşkilatlarını və həssas vətəndaşları Frananın Ankaradakı səfirliyinin qarşısında “Fransaya etiraz” adlı yürüşə dəvət edir".

Xəbərdə etiraz aksiyasının noyabrın 7-də, saat 12:00-da keçiriləcəyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru