Arşakyan Zaxarovanı təhqir etdi: - Nankor, alkoqolik...

28-10-2022, 12:11           
Arşakyan Zaxarovanı təhqir etdi: -
Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Ermənistanın sanksiya siyahısına düşdü.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“Artıq ikinci gündür ki, Köçəryan və Sərkisyanın rusiyalı təbliğatçıları tərəfindən nəzarət edilən KİV-lər rəsmi İrəvanın rusiyalı deputat Konstantin Zatulinin və RT-nin rəhbəri Marqarita Simonyanın Ermənistana girişini qadağan etmək qərarına görə sanki saçlarını yolurlar.

Rusiya rəsmiləri də İrəvanın “qara siyahısı”ndan kənarda qalmadılar. Beləliklə, gürcü ermənisi Kələntəryanın pulu ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilən nankor və xroniki alkoqolik Maşka Zaxarova ölkəmizin mövcud hakimiyyətinə qarşı son dərəcə aqressiv açıqlamalar verib. O ki qaldı Zatulinə, əslində onu da deputat edən Soçidə yaşayan ermənilər olub.

Marqo Simonyanın isə ümumiyyətlə ermənilərlə bir bağlılığı yoxdur. Bu adam müsahibələrindən birində “erməni dilini bilməməyimlə fəxr edirəm” deyib. Budur ki, İrəvan düz edib bu adamları “qara siyahıya” salıb”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru