Bayden: “Əgər Putinin Ukraynada nüvə silahından istifadə etmək planı yoxdursa, niyə bu haqda danışır?”

28-10-2022, 12:16           
Bayden: “Əgər Putinin Ukraynada nüvə silahından istifadə etmək planı yoxdursa, niyə bu haqda danışır?”
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin mənasız olması ilə bağlı sözlərini şərh edib. ABŞ lideri Rusiya prezidentinin nüvə silahı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.

“Əgər onun (Ukraynada nüvə silahından istifadənin) niyyəti yoxdursa, o zaman niyə bu barədə danışmağa davam edir? Niyə taktiki nüvə silahından istifadə etməkdən danışır? Onun vəziyyətə çox təhlükəli yanaşması var. O, Ukraynanı tərk etməklə bütün bunlara son qoya bilər”, - deyə ABŞ prezidenti “NewsNation”a müsahibəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru