Əli Əsədovla Mher Qriqoryan arasında DAVA - "fəlsəfədə əxlaq deyilən bir anlayış var"

28-10-2022, 16:55           
Əli Əsədovla Mher Qriqoryan arasında DAVA -
Baş nazir Əli Əsədov Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycan barədə qərəzli çıxışına cavab verib.

Baş nazir deyib ki, fəlsəfədə əxlaq deyilən bir anlayış var.

Əli Əsədov vurğulayıb ki, bu, insanlara da, dövlətlərə də aiddir: “Azərbaycan suveren ərazisi müzakirə olunmur. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır!”. Azərbaycanın ərazisində Dağlıq Qarabağ deyilən bir şey yoxdur”.

Qeyd edək ki, Mher Qriqoryan Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü, Qarabağda ermənilərin hüquqlarını pozmaqda ittiham edir. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru