Müdafiə Nazirliyində ancaq Rusiya mətbuatı oxunur? - BU NƏDİ BELƏ?

28-10-2022, 17:05           
Müdafiə Nazirliyində ancaq Rusiya mətbuatı oxunur? - BU NƏDİ BELƏ?
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2023-cü ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (açıq tender) elan olunub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsi 2-ci dəfə elan olunur. Daha əvvəl elan olunan tender müsabiqəsi 3 gün əvvəl ləğv olunub və bəzi kiçik dəyişikliklərdən sonra yenidən elan olunub.
Məlumat üçün bildirək ki, bu gündən (28.10.2022) etibarən noyabr ayının 29-na kimi davam edəcək müsabiqənin yekununda Müdafiə Nazirliyi 34 adda qəzet və jurnal alacaq.
Maraqlıdır ki, Müdafiə Nazirliyinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Nazirliyin satın almaq istədiyi nəşrlərin 14-ü yerli KİV, 20-si isə Rusiya
KİV-ləridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru