İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb

29-10-2022, 09:32           
İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb
İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik təşkilatı İranda baş verən son iğtişaşlarla bağlı ilk dəfə birgə bəyanat yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, birgə bəyanatda bildirilib ki, mövcud məlumatlar əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildiyi aşkar olunub.

İran işğitaşlarla bağlı ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini "əsas rol oynamaqda" ittiham edib.

Məlumatda o da qeyd olunub ki, təlim kursları Türkiyə, BƏƏ, Hollandiya, Ermənistan, Gürcüstan, Malayziya, İndoneziya, Tailand, Çexiya, Cənubi Afrika Respublikası, İtaliya və Seyşel adaları kimi ölkələrdə keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru