Putin-Paşinyan-Əliyev görüşündə hansı sənəd imzalanacaq? - AÇIQLAMA

29-10-2022, 13:20           
Putin-Paşinyan-Əliyev görüşündə hansı sənəd imzalanacaq? - AÇIQLAMA
Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin qarşıdan gələn görüşündə - 31 oktyabrda sülh müqaviləsi imzalanmayacaq.

Yenisabah.az xəbər verir ki, o, bunu “Mülki müqaviləsi” partiyasının VI qurultayı öncəsi jurnalistlərə müsahibəsində deyib.

"Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçiriləcək.

Ola bilsin ki, razılıq əldə olunsun, amma bildiyimə görə, sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb. Ola bilsin ki, hansısa başqa sənəd imzalansın", - deputat bildirib.

Eyni zamanda, o, mətbuata istinadla bəyan edib ki, Ermənistan tərəfi sazişin "Rusiya variantı"nı imzalamağa meyllidir. Deputatın sözlərinə görə, "Qərb variantı" mədəni müstəqilliyi nəzərdə tutur, "Rusiya sənədi" isə status-kvonu saxlayır və Qarabağ məsələsi üzrə danışıqları davam etdirir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday klubunun iclasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru