Paşinyan dəhlizlə bağlı təklifindən DANIŞDI
29-10-2022, 17:31

“Biz bəyan etmişik ki, Ermənistan ərazisindən dəhliz yaradılmasını istisna edirik və bundan söhbət gedə bilməz. Ermənistan ancaq Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməlidir”.
Teref.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi yolun Ermənistanın nəzarətində olmasını istəmir.
“Biz isə bununla razı deyilik. Yola Ermənistan nəzarət etməlidir”, - Paşinyan qeyd edib.
Baş nazir qeyd edib ki, Bakı Azərbaycan vətəndaşlarının Ermənistan gömrükçüləri və sərhədçiləri ilə əlaqə saxlamasını münaqişə baxımından mübahisəli olacağını düşünür.
“Deyirlər ki, sərhəddə rus sərhədçiləri dayansınlar və azərbaycanlılar ermənilərlə əlaqə saxlamasın. Ona görə də biz təklif etmişik ki, digər ölkələrin operatorları, məsələn, rus sərhədçiləri sərhəddə həm bizim tərəfdən, həm də onlar tərəfdən dayansın, türklər isə onların tərəfində dayansınlar. Çünki ermənilərin Türkiyəyə girişində heç bir problem yoxdur”, – Paşinyan deyib.