"France Press" SEPAH generalının yalanını İFŞA ETDİ

30-10-2022, 00:03           
"France Press" SEPAH generalının yalanını İFŞA ETDİ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami etirazların və iğtişaşların başa çatdığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.

Bildirilib ki, o, ölkə xalqını daha nümayişlərlə küçələrə çıxmamağa çağırıb.

Salami iranlı gənclərə "Bu gün iğtişaşların son günüdür. Bir daha küçələrə çıxmayın" deyib.

Bununla belə, "France Press"in məlumatına görə, bəzi şəhərlərdə etirazlar davam edib.

Xatırladaq ki, İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı bir aydan çoxdur ki, iğtişaşlar davam edir.

İran hakimiyyəti Qərb ölkələrini etirazları dəstəkləməkdə və gənclərə təsir etməkdə ittiham edir.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru